• Bakı 17° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Ukraynadan uğurlu əməliyyat: Ruslara növbəti zərbə

DÜNYA

04 Fevral 2023 | 22:03

Ukraynadan uğurlu əməliyyat: Ruslara növbəti zərbə

Son sutka ərzində Ukrayna aviasiyası və artilleriyası rus ordusuna qarşı güclü işləyib. Bir neçə PUA məhv edilib, qoşunların cəmləşdiyi ərazilər vurulub.

Bakıvaxtı.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirib.

"Müdafiə Qüvvələrinin aviasiyası ötən sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 8 zərbə endirib. Düşmənin "Orlan-10" tipli 4 PUA-sı məhv edilib", - məlumatda deyilir.

Əlavə olunub ki, Ukrayna raketçiləri və artilleriyaçıları işğalçıların xüsusilə fəxr etdikləri komanda məntəqəsinə, 2 canlı qüvvəsinin cəmləşdiyi əraziyə və 1 ədəd "Solntsepek" ağır alov qurğusunu məhv edib./teleqraf


SON XƏBƏRLƏR