• Bakı 20° C

    3.36 m/s

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı 

DÜNYA

03 Iyun 2024 | 10:35 | Müəllif: Gülşən Şərif

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı

Xarkov, Odessa və Nikolayev vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xarkov vilayətində həyəcan siqnalı Moskva vaxtı ilə saat 04.25-də, Odessa və Nikolayev vilayətlərində saat 04.52 və 04.53-də səslənib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Ukrayna infrastrukturuna zərbələr endirməyə 2022-ci il oktyabrın 10-da - Krım körpüsündə terror aktından iki gün sonra başlayıb. O vaxtdan etibarən hər gün Ukrayna vilayətlərində, bəzən bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilir. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri ilə döyüşlərdə rus qoşunları yaşayış binalarına və sosial infrastruktura hücum etmir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026