• Bakı 22° C

    5.14 m/s

Vardanyanın həbs müddəti UZADILDI

CƏMİYYƏT

25 Yanvar 2024 | 11:30

Vardanyanın həbs müddəti UZADILDI

Rusiyalı milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma  “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən R.Vardanyanın həbsdə saxlama müddəti 4 ay uzadılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham irəli sürülüb.

Qeyd edək ki, BBC bu yaxınlarda Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026