• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Festivalda Madyarın üzünə içki atıldı 

SİYASƏT

20 Sentyabr 2026 | 21:03 | Müəllif: Əli Hüseynov

Festivalda Madyarın üzünə içki atıldı

Macarıstanın Baş naziri Peter Madyar Seçardda keçirilən ənənəvi məhsul festivalında vətəndaşlarla görüşərkən hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Madyar festival ərazisində insanlarla söhbət edib şəkil çəkdirərkən naməlum şəxs onun üzünə içki atıb.

Hadisəyə dərhal müdaxilə edən mühafizəçilər və təhlükəsizlik əməkdaşları həmin şəxsi ərazidən uzaqlaşdırıblar.

Hadisədən sonra Madyar sosial media hesabında hücumçunu tənqid edib və onu “uğursuz Orban döyüşçüsü” adlandırıb.

Madyar bildirib ki, hücum edən şəxs onunla üz-üzə gəlməyə cəsarət etməyib.

“Hamının əyləndiyi, yüzlərlə insanla söhbət etməyimiz və şəkil çəkdirməyimiz həmin şəxsi narahat etmiş olmalı idi. Əlbəttə, yaxınlaşıb gözlərimin içinə baxmağa cəsarət etmirdi. Sərxoş, uğursuz Orban döyüşçüsü cəsarət toplamağa çalışırdı”, - deyə Madyar yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR