• Bakı 23° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Xəbərdarlıq - Fırtınalar olacaq

DÜNYA

16 Noyabr 2023 | 09:01 | Müəllif: Subhan Mahmudov

Xəbərdarlıq - Fırtınalar olacaq

Qum və toz fırtınaları bu gün planetimizin bəzi bölgələrində daha çox yayılmış bir problem olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının yeni hesabatında deyilir.

Ekspertlərinin fikrincə, hər il atmosferə təxminən 2 milyard ton qum və toz daxil olur ki, bu da təxminən Misirdəki 350 Xeops piramidasının çəkisinə uyğundur.

Qum və toz fırtınaları regional və mövsümi hadisə olaraq qalmasına baxmayaraq, onların təsirləri zəif torpaq və su idarəçiliyi, həmçinin quraqlıq və iqlim dəyişikliyi ilə daha da güclənir.

Əslində, dünyada baş verən bu cür tufanların 25%-i hansısa şəkildə insan fəaliyyəti ilə bağlıdır. Odur ki, tez-tez baş verən qum və toz fırtınaları ətraf mühitin, iqlimin, sağlamlığın, kənd təsərrüfatının, yaşayış vasitələrinin və insanların sosial-iqtisadi rifahının müxtəlif aspektlərinə təsir göstərir.

Dünya səhralaşmaya görə hər il təxminən 1 milyon kvadrat kilometr sağlam və məhsuldar torpaq itirir. 2015-ci ildən 2019-cu ilə qədər məhsuldar torpaqların sahəsi 4,2 milyon kvadrat kilometr azalıb ki, bu da Mərkəzi Asiya ölkələrinin: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın ümumi ərazisinə uyğundur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026