• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ÜST Moskva ofisinin bağlanmasının səbəbini açıqlayıb

DÜNYA

16 Dekabr 2023 | 00:44 | Müəllif: Subhan Mahmudov

ÜST Moskva ofisinin bağlanmasının səbəbini açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə nəzarət ofisi bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Qebreyesus ofisin bağlanması barədə qərarın ÜST-yə üzv ölkələr tərəfindən verildiyini vurğulayıb.

Baş direktor ofisin bağlanmasını bu mərkəzin normal fəaliyyət göstərə bilməməsi ilə izah edib.

"Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması ofisinin bağlanması qərarını üzv ölkələr qəbul edib. Təbii ki, onların belə mandatı var. Qərarı onlar veriblər və biz də katiblik olaraq bunu dəstəkləmişik", -deyə baş direktor bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR