• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyədən Britaniyaya husilərlə bağlı ÇAĞIRIŞ

DÜNYA

14 Yanvar 2024 | 23:09 | Müəllif: Subhan Mahmudov

Türkiyədən Britaniyaya husilərlə bağlı ÇAĞIRIŞ

Türkiyənin xarici işlər naziri Hakan Fidanla britaniyalı həmkarı David Kemeron arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Middle East Monitor" məlumat yayıb.

Söhbət zamanı Fidan həmkarını Qırmızı dənizdə gərginliyin azaldılmasına kömək etməyə çağırıb və bildirib ki, münaqişənin kəskinləşməsi regionda qeyri-sabitliyi daha da artırır.

"Fidan Ankaranın regionda münaqişəni dayandırmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib. Eyni zamanda, İsrailin Qəzzaya qarşı müharibəsinin dərhal dayandırılmasının vacibliyini vurğulayıb. Bu münaqişənin regional təhlükəsizliyi, beynəlxalq sabitliyi getdikcə daha çox təhdid etdiyini, müharibənin daha da genişlənmə riski ilə üzləşdiyini bildirib", - məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026