• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Pakistanda partlayış: 5 əsgər həlak oldu

DÜNYA

14 Yanvar 2024 | 22:01 | Müəllif: Subhan Mahmudov

Pakistanda partlayış: 5 əsgər həlak oldu

Pakistanın cənub-qərbində partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 əsgər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə ordusu məlumat yayıb.

Əsgərlər Bəlucistanın Keç rayonunda keçirilən əməliyyat zamanı silahlı şəxslərin təhlükəsizlik qüvvələrinin maşınında əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində həlak olublar.

Ordunun məlumatına görə, atışma zamanı üç terrorçu öldürülüb. Məlumatda bildirilir ki, ərazidə silahlıların aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilib.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026