• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İranda terror törədənlər saxlanıldı

DÜNYA

14 Yanvar 2024 | 21:37 | Müəllif: Subhan Mahmudov

İranda terror törədənlər saxlanıldı

Genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində İranın cənub-şərqindəki Rask şəhərində terror aktını törədənlər həbs edilib. 

Bakıvaxtı.az  "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın polis rəisi, briqada generalı Əhməd Rza Radan bildirib. O, hücumu törədən 4 əsas səbəbkarın həbs edildiyini deyib. 

Polis rəisi digər cinayətkarların da axtarışlarının davam etdiyini qeyd edib. 

Xatırladaq ki, dekabrın ortalarında İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask rayonundakı polis qərargahı “Ceyş əl-Ədl” terror qruplaşmasının hücumuna məruz qalıb. 11 polis əməkdaşı həlak olub, daha 7-si yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026