Ukrayna Rusiya ilə münaqişənin dondurulmasının tərəfdarı deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Davosda çıxışında deyib.
O bildirib ki, Prezident Zelenski və onun komandası heç vaxt dondurulmuş konfliktlə razı olmayıb:
“Bu, Ukrayna cəmiyyəti və əlbəttə ki, prezident və komandası üçün qəbuledilməzdir”.
















