Müxbirlər “Weibo” şirkətində bu haqda danışıqlarına istinad edirək məlumat verib. "Hazırlanmış özəl yeni prosessor, sonsuz texnoloji xəyalları əhatə edəcək", - deyə məhsulun reklam məzmunlu malumatında deyilir.
Yeni çipin təsvirinə əsasən, söhbət smartfonlar və digər avadanlıqlar üçün tam bir prosessordan getmir, söhbət (ISP) görüntülərinin işlənməsi üçün lazlım olan mikrosxemdən gedir. Jurnalistlərin verdiyi məlumata görə, elan olunan çip, cihazın kamerasından alınan məlumatların işlənməsi üçün dizayn ediləcək. Komponent rəng, kontrast, işıqlandırma və digər məlumatlar haqqında məlumatları qiymətləndirərək, foto və videoların keyfiyyətinə cavabdeh olacaq. Prosessor çox güman ki, “Xiaomi”nin yeni smartfonlarında istifadə ediləcək. Prosessorun buraxılışı martın 29-u baş verəcək və burada böyük ehtimalla yeni flaqman smartfonu “Mi 11 Ultra” da nümayiş olunacaq. Şirkətin sonuncu tam istifadəli “Surging S1” çipin 2017-ci ildə buraxıldığı qeyd edilir.
















