• Bakı 20° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Instagram”da yeni funksiya tətbiq olunacaq

MULTİMEDİA

22 Aprel 2021 | 09:14

“Instagram”da yeni funksiya tətbiq olunacaq

“Instagram”da yeni funksiyanın işə salınacağı barədə məlumat yayılıb.

“Lenta.ru” portalının məlumatına görə, yenilik sayəsində istifadəçilər təhqiredici ifadələrin yer aldığı şəxsi mesajları gizlədə biləcəklər.

Sosial şəbəkədən verilən məlumata əsasən, yeni alqoritm şəxsi mesajları yoxlayacaq. Əgər mesajda xoşagəlməz ifadə, hətta neqativ emodzi olduqda belə o, gizlədiləcək. Filtrasiya şərhlərdə olduğu kimi çalışacaq.

Şirkətdən yeni funksiyanın tezliklə bütün istifadəçilər üçün aktiv olacağı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026