• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərinin üçüncü iclası keçirilib - FOTOLAR

İQTİSADİYYAT

01 Iyun 2023 | 15:14

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərinin üçüncü iclası keçirilib - FOTOLAR

Bakı Enerji Həftəsi çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin üçüncü iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanın energetika naziri Daniel Virgil Popesku, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztarayın iştirakı ilə keçirilən görüşə onlayn formatda Bolqarıstanın energetika naziri Rosen Hristov da qatılıb. Tədbirdə Avropa İttifaqı  Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə təmsil olunub.

İclasda Yaşıl Enerji Dəhlizinə Bolqarıstanın qoşulması, layihənin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırıqların tezliklə yekunlaşdırılması razılaşdırılıb. Həmçinin məsləhətçi şirkətin seçilməsi və iştirakçı ölkələr arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunun layihəsi üzrə müzakirələr aparılıb.

Növbəti görüşün 2023-cü ilin iyul ayında keçirilməsi barədə razılıq əldə edilib.


SON XƏBƏRLƏR

23 Aprel 2024