• Bakı 23° C

    5.38 m/s

Yeni ştam qapımızda - Daha sürətlə yoluxur, amma...

CƏMİYYƏT

13 Yanvar 2023 | 15:05 | Müəllif: Qalib İbrahimoğlu

Yeni ştam qapımızda - Daha sürətlə yoluxur, amma...

Rusiyada koronavirus (COVİD-19) infeksiyasının “Kraken” ştamına yoluxma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) bildirib.

Qeyd olunub ki, ilk yoluxma halı Penza vilayətində qeydə alınıb.

Qonşu ölkədə aşkarlanan ştamın Azərbaycana da gəlmə ehtimalı varmı?

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, prinsipcə bu virusun Azərbaycana gəlməsi mümkündür: “Rusiya və Gürcüstandan Azərbaycana gediş-gəliş var. Məsələ burasındadır ki, onun qarşısını almaq da bir az çətindir. Qarşısını alsaq da, istənilən halda nə vaxtsa gələcək”.

Onun sözlərinə görə, bu virusun o dərəcədə təhlükəli olmadığı deyilir. Bununla belə, daha sürətli yoluxma qabiliyyətinə malikdir: “Omikron variantı kimi tanınır. Ona görə, düşünürəm ki, bizim üçün problem olmamalıdır, panikaya düşməyə ehtiyac yoxdur”.

M.Əliyev deyib ki, ümumiyyətlə, bizdə kollektiv immunitet formalaşıb, ona görə ikinci dəfə bunu keçirən xəstələr, adətən, yüngül keçirirlər: “Hazırda Azərbaycanda yoluxma sayında artım müşahidə edilir, ancaq bu da normal haldır, qış fəslidir. Yoluxanlar arasında hələ ki “Kraken” ştamı yoxdur, amma gəlmə ehtimalı da var”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026