• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yol polisindən yük maşınlarının hərəkəti ilə bağlı – AÇIQLAMA

CƏMİYYƏT

12 Avqust 2023 | 17:05 | Müəllif: Subhan Mahmudov

Yol polisindən yük maşınlarının hərəkəti ilə bağlı – AÇIQLAMA

Bəzi sosial şəbəkə səhifələrində yük avtomobillərinin paytaxtda hərəkətinin məhdudlaşdırılması ilə bağlı bir qrup sürücünün narazılıqlarını əks etdirən iddialar yayılıb. 

İddialara cavab olaraq, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən Bakıvaxtı.az-a bildirilib ki, Bakı şəhərində yaranan nəqliyyat sıxlığının qarşısının alınması, yolların buraxılış imkanlarının artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2022-ci ilin oktyabr ayından xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla digər yük avtomobillərinin yalnız müəyyən edilən saat çərçivəsində hərəkətinə icazə verilir. 

İcazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07.00-dan 22.00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə saat 06.00-dan 00.00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır.   

Qeyd olunan qaydalara əməl olunması ilə bağlı paytaxt ərazində nəzarət-profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026