"Bu gün baş verən zəlzələ Bakı və Abşeron yarımadasında hiss olunmayıb".
Bu barədə Bakıvaxti.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
Onun sözlərinə görə, yeraltı təkanın Bakı və Abşeron yarımadasına hiss olunma təsiri olmayıb.
Qeyd edək ki, axşam saatlarında Azərbaycanda 5,0 bal gücündə zəlzələ olub. Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran ,Lerik, Şirvan, Zərdab, Ağdam, Ağdaş, Kürdəmir rayonlarında 4-3 bala qədər hiss olunub.
Günəş Mərd















