• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

"Zidan "Real"dan ayrılmayacaq"

İDMAN

25 May 2021 | 18:29

"Zidan "Real"dan ayrılmayacaq"

"Real"ın futbolçusu Kərim Benzema baş məşqçi Zinəddin Zidanın Madrid təmsilçisindəki gələcəyindən danışıb.

Qol.az L'Equipe" nəşrinə istinadən xəbər verir ki, o, fransalı mütəxəssisin klubda qalacağına inandığını deyib: “Zidan "Real"ın məşqçisidir. Ayrılması üçün heç bir səbəb görmürəm. Getməyəcək, görəcəksiniz. "Real"ı onsuz təsəvvür edə bilmirəm.

Məşqçi həmişə mənə qarşı dürüst olub. Səmimi münasibətimiz var. İşlər yaxşı gedəndə mənə deyir. Bir şey səhvdirsə, o zaman da bu barədə danışır".

Qeyd edək ki, İspaniya mətbuatında Zidanın "Real"dan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026