• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ronaldu azərbaycanlı futbolçuya təşəkkür etdi

İDMAN

24 Iyun 2021 | 16:18

Ronaldu azərbaycanlı futbolçuya təşəkkür etdi

Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu cənubi azərbaycanlı keçmiş hücumçu Əli Daeiyə təşəkkür edib.

36 yaşlı forvard İran yığmasının sabiq futbolçusunun onun haqqında yazdıqlarına münasibət bildirib.

Ronaldu bu barədə instaqram hesabındakı paylaşımında yazıb: "Həqiqi çempionlar daim çempion kimi qalır. Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei".

Qeyd edək ki, Kriştianu Ronaldu F qrupunun sonuncu görüşündə Fransa ilə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada dubla imza atıb. Beləliklə, o, Əli Daeinin milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxıb. Cənubi azərbaycanlı keçmiş oyunçu bu münasibətlə Ronaldunu təbrik edib./unikal/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026