Tokyo Yay Olimpiya Oyunlarının açılış mərasiminin rejissoru Kentaro Kobayasi layihədən uzaqlaşdırılıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb komediya janrının artisti olan rejissorun 1998-ci ildə "Holokosta" hadisəsinə kinayəli çıxışlarının videosunun internetdə yayılması olub. Olimpiadanın təşkilat komitəsi, 22 iyul Cümə axşamı, oyunların açılışı ərəfəsində Kobayasinin istefasını elan etdi.
















