• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Lionel Messinin PSJ-də debüt edəcəyi vaxt açıqlanıb

İDMAN

21 Avqust 2021 | 10:36

Lionel Messinin PSJ-də debüt edəcəyi vaxt açıqlanıb

Argentinalı ulduz futbolçu Lionel Messinin Fransanın PSJ klubunda debüt edəcəyi vaxt bəlli olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino Liqa 1-in III turunda "Brest"i 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

49 yaşlı mütəxəssis Messinin növbəti həftəsonu meydana çıxa biləcəyini söyləyib.

Qeyd edək ki, 34 yaşlı hücumçu PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Paytaxt klubu çempionatda 3 oyundan sonra 9 xalla liderdir. PSJ avqustun 29-da "Reyms"in qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026