• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Atletiko Oblakı transferə çıxarıb
İDMAN
02 May 2024 | 15:05

"Atletiko" Oblakı transferə çıxarıb

İspaniyanın "Atletiko" klubu qapıçısı Yan Oblakı transferə çıxarıb.

Bakıvaxtı.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu yüksək maaş büdcəsini tənzimləmək üçün onu satmaq qərarına gəlib.

Qeyd edək ki, qolkiper 2014-cü ilin iyulundan "Atletiko"nun formasını geyinir. 31 yaşlı sloveniyalı bu mövsüm Madrid klubunun heyətində keçirdiyi 49 oyunda 64 qol buraxıb.

"Transfermarkt" portalı Yan Oblakın bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirib.


SON XƏBƏRLƏR

16 May 2024