• Bakı C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Baş məşqçinin evi qarət edildi
İDMAN
08 Aprel 2026 | 23:48

Baş məşqçinin evi qarət edildi

"Marsel” klubunun baş məşqçisi Həbib Beyenin evi naməlum şəxslər tərəfindən qarət edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın “La Depeche” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 8-nə keçən gecə Fuevo şəhərində baş verib. İki nəfər mütəxəssisin fərdi evinin hasarından tullanaraq pəncərəni sındırıb və içəri daxil olublar. Cinayətkarların evdən fransız brendinə məxsus bahalı geyimlərlə dolu çamadan oğurladıqları bildirilir. Hadisə baş verən zaman 48 yaşlı məşqçi evdə olmayıb.

Polis əməkdaşları artıq hadisə yerində müayinə aparıb və barmaq izləri götürərək cinayətkarların axtarışına başlayıblar.

Qeyd edək ki, Həbib Beye fevralda Roberto De Zerbinin istefasından sonra “Marsel”in sükanı arxasına keçib. O, daha əvvəl Fransanın “Red Star” və “Renn” klublarını da çalışdırıb. Hazırda “Marsel” Fransa Liqa 1-də 28 turdan sonra 49 xalla 4-cü pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR

08 Aprel 2026