• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Bəşəriyyət niyə və necə dəyişir? - Dos. İlham Əhmədov yazır
YAZARLAR
21 Noyabr 2022 | 09:30

Bəşəriyyət niyə və necə dəyişir? - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Biz son  illər  demək olar ki, heç vaxt əl ilə yazmırıq. Kiçik motor bacarıqları mühüm  bacarıq  olaraq yox olur.

Bizim öz yaddaşımıza da getdikcə daha az ehtiyacımız var. Niyə? Çünki internet var.

Böyük  həcmdə  məlumatın kiçik hissələrlə çatdırılması və qəbul edilməsi  səbəbindən diqqətimizi uzun müddətli mərkəzləşdirmək, toplamaq qabiliyyətini itiririk. "Klip" şüuru  yaranıb, bu, hələ son həddi deyil.

Sosial şəbəkələr hərəkətin qısa zamanda tamamlanmasından “məmnunluq hissi” (tələsi) yaradır. Şəbəkədə bir yazı yerləşdirdiyiniz anda dofamin ifraz edilir, bu qısa zamanda tamamlanan hərəkətdən məmnunluq hissi doğurur. Sosial  şəbəkədən asan həzz almağa bağlılıq belə yaranır.  

Daha bir dəyişiklik. Bizim bir-birimizə getdikcə daha az ehtiyacımız var. Dil daha da sadələşdirilib. Bu, daha çox düşünmək imkanı yaradır, amma dilin sadələşdirilməsi təfəkkürü də sadələşdirir. Fenomen olaraq düşünmək qabiliyyəti praktik olaraq tədricən yoxa çıxır. 

Bu gün reallaşan “rəqəmsallaşma” prosesləri robotlaşdırmanın bir hissəsidir. Nəticədə, artıq  insanların böyük əksəriyyəti iqtisadiyyat, texnologiya sahibləri, rəqəmsallaşma prosesləri üçün lazım deyillər. 

İndidən insanların lüzumsuzluğu artıq  tədricən hiss edilir. Daha insan artımına  ehtiyac yoxdur. Orta təbəqəyə də ehtiyac  qalmayıb. Texnologiyalara xidmət edənlərin texnologiya sahiblərindən asılılığı daha da artacaq.

Tədricən formalaşan bu vəziyyət utopik sosialistlərin təsvir etdiyi “ideal qul cəmiyyəti”ni xatırladır. Hələ vaxtı ilə K.Marks bu haqda yazırdı: insanları məcbur etmədən başqa insanlar üçün işləməyi öyrətmək lazımdır.

 Deyəsən, həmin məqsədə nail olunur.


SON XƏBƏRLƏR