• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Robotlar kimləri əvəz edəcək? - Dos. İlham Əhmədov yazır
YAZARLAR
27 Mart 2023 | 10:29

Robotlar kimləri əvəz edəcək? - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Tezliklə bir sıra peşələr yox olacaq: kimlərsə iş yerini dəyişmək məcburiyyətində qalacaq. Jurnalistlərə, təmizlik işçilərinə, mühasiblərə… ehtiyac olmayacaq.

Alimlər deyirlər ki, dünya indiki  öz adi halında maksimum daha 10 il yaşayacaq. İnsanlar böyük dəyişikliklərin astanasındadırlar. Texnologiya çox sürətlə inkişaf edir. 21-ci əsrdə bir ildə yaradılan informasiyanın,  kəşflərin və yeni biliklərin həcmi insanların əsrlər boyu kəşf  etdikləri bilgilərlə müqayisə edilə bilər. Dördüncü sənaye inqilabının əsas istiqamətləri total avtomatlaşdırma və rəqəmsallaşma olacaq.

Süni intellektin insanları əvəz etməsi təhlükəsi son dərəcə yüksəkdir. Proses artıq başlayıb. Onun aktiv fazasının 3-5 ildən sonra başlaması realdır. Bəs belə olarsa, öz peşə fəaliyyətləri sferasında “lazımsız” mütəxəssislərə çevrilənlər  nə edəcəklər? Sənaye 4.0 ideoloqları, maşınlar maşınlarla ünsüyyət (kommunikasiya, əlaqə) quranda deyirlər ki, bütün bu insanlar gedib istirahət edə bilərlər.

Robotlar kimləri əvəz edəcək? İnsanlar bu sahədə öz narahatlıqlarını getdikcə daha çox bildirirlər.

Ən həssas peşələr hansılardır? Müxtəlif sektorların nümayəndələri iş yerlərinin itirilməsi ilə bağlı öz narahatlıqlarını bölüşüblər.  Tərcüməçilər, turizm menecerləri və ofisiantlar yaxın on ildə işsiz qalacaqlarından qorxurlar. Bunun səbəbi, onların fikrincə, robotlar və süni intellekt olacaq. Bunlar Rusiya Federasiyasında SuperJob iş axtarışı xidməti tərəfindən aparılan sorğunun nəticələridir (RBC Life-da mövcuddur).

Sorğuda ölkənin bütün regionlarından müxtəlif peşə sahələrindən 2500 nümayəndə  iştirak edib. Məlum olub ki, öz peşələrində süni intellektin tezliklə qələbə çalacağına əmin olan tərcüməçilər 3 ildə iki dəfə artıb. Digər 57% isə hesab edir ki, avtomatlaşdırmadan qaçmaq olmaz, lakin bəzi funksiyalar insanlarda qalacaq.

Rusiya menecerləri arasında 40%-dən çoxu əmindir ki, onları  süni  inntellekt  əvəz edəcək. Turizm menecerlərinin 31%-i növbəti onillikdə fəaliyyətlərinin tam avtomatlaşdırılmasına inanır. Üç il əvvəl bu rəqəm 16% səviyyəsində idi. Digər 40% isə vəzifələrinin yalnız bir hissəsinin alqoritmləşdiriləcəyinə inanır.

Ofisiantların yarıdan çoxu – respondentlərin 59%-i, o cümlədən çörəkbişirənlərin və şirniyyatçıların 58%-i, müştəri xidmətləri üzrə menecerlərin 57%-i robotların iş yerində onları tamamilə və ya qismən əvəz edəcəyinə əmindir.

Həkimlər (25%), inşaatçılar (27%) və müəllimlər (28%) bu cür proqnozlara daha az inanırlar. Müəllimlər arasında da mənfi dinamika  mövcuddur, baxmayaraq ki,  3 il ərzində süni intellektin qələbəsini proqnozlaşdıran pedaqoqların sayı azalıb - bu rəqəm 29%-dən 23%-ə düşüb.

Qaynaqçılar, sürücülər, inşaatçılar, zəng mərkəzinin operatorları və mühasiblər öz peşələrinin tam və ya qismən robotlaşdırılmasının mümkünlüyünə daha az inanırlar. Belə mütəxəssislərin sayı 10%-dən çox deyil. Dizaynerlər və proqramçılar, əksinə, süni intellektin öz funksiyalarını inkişaf etdirəcəyinə, gələcəkdə onları  işsiz qoyacağına daha çox inanırlar. Bu dinamika 31% -dən 40% -ə qədər artıb. Lakin onlar əlavə edirlər ki, yaxın on ildə öz sahələrində insan əməyinin tamamilə rədd edilməsi baş verməyəcək. Belə nəzəriyyələrin ən az tərəfdarları, sorğuya əsasən, jurnalistlər və memarlar arasındadır - müvafiq olaraq 2% və 1%.

Son sorğuya əsasən, rusiyalıların yalnız üçdə biri (33%) karyeralarında özlərini uğurlu hesab edirlər. Demək olar ki, respondentlərin yarısı (44%) uğurlarını yalnız vaxtaşırı görürlər. Müvəffəqiyyətin əsas meyarı respondentlərin 68%-i işdən həzz almalarını,  62%-i peşəkarlığı, 59%-i isə yüksək gəliri əsas  göstərici kimi qiymətləndiriblər. Respondentlərin 23%-i hələ uğur əldə etmədiklərini qeyd edib.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

01 Dekabr 2024