• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bizim kurikulumla dərs keçən erməni məktəblisi - Dos. İlham Əhmədov yazır
YAZARLAR
29 Aprel 2023 | 14:39

Bizim kurikulumla dərs keçən erməni məktəblisi - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

“Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır”.

Prezident İlham Əliyev.

Qarabağda tarixi Zəfərdən sonra yeni reallıq yaranıb. Ölkənin bütün qurumları bu reallığı nəzərə almalı və vaxt itirmədən bu əsasda öz fəaliyyətlərini qumralıdırlar.  

Əgər Qarabağın erməni əhalisinin bir qismi orada qalıb yaşasa, bizim vətəndaş olmağa razı olsa, onların uşaqları hansı təhsil sistemi ilə oxuyacaqlar? Hansı dərsliklərlə dərs keçəcəklər? Təbii ki, milli azlıq kimi bizim dərsliklərlə oxumalıdırlar. Bizim dərsliklər erməni dilinə tərcümə edilərək dərc edilib onlara verilməlidir. Erməni məktəbliləri üçün xüsusi olaraq Azərbaycan dili, Azərbaycan tarixi və digər milli komponetli dərsliklər yazılmalıdır. Onlar Azərbaycan vətəndaşı kimi dövlət dilini, konstitusiyanı və tariximizi öyrənməli, dövlət dilində danışmağı bacarmalıdırlar. 

Bəs bizim keyfiyyətsiz və səriştəsiz kurikulumlarla tanış olduqdan sonra, ermənilər öz uşaqlarını bu sistemlə oxutmağa razı olacaqmı? 

Bəs Xankəndi universitetinin tələbələri necə? Biz onlara indi istifadə etdikləri dərsliklərdən, metodikalardan, texnologiyalardan daha yaxşısını təqdim edə biləcəyikmi? Yoxsa, onlar yenə də İrəvanda yazılan anti türk dərsliklərlə təlim keçəcəklər? Məlumdur ki, bu kitablarda türkə qarşı xeyli həqarətlər var, tarix saxtalaşdırılıb, yalançı genosid haqqında nağıllar yer alır, bizə qarşı ərazi iddiaları var.  

Görəsən, Elm və Təhsil Nazirliyi bu haqda nə düşünür? Məncə, bu haqda heç nə düşünmür, onların heç vaxt normal strategiyaları olmayıb. Düşünsəydilər, milli təhsilimizi bu günə qoymaz, heç olmasa nə isə ortalığa çıxa bilən yaxşı işlər də görərdilər.  

Nazirlik ən azından 2020-ci il 8 noyabr Zəfərindən sonra bu haqda ciddi düşünməli, təcili tədbirlər görməli idi, yoxsa bunu da onlara kənardan demək lazım idi? Biz bu məsələni 2 il əvvəl də qaldırmışdıq. Elm və Təhsil Nazirliyi isə heç bir təklifə məhəl qoymur. 

Bu məsələlərə təhsil problemi kimi deyil, həm də siyasi məsələ kimi baxılmalıdır. 

Bakıvaxtı.az


SON XƏBƏRLƏR