• Bakı 15° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Hava KƏSKİN DƏYİŞİR - Temperatur enəcək, leysan yağacaq

CƏMİYYƏT

04 Noyabr 2025 | 09:09

Hava KƏSKİN DƏYİŞİR - Temperatur enəcək, leysan yağacaq

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə 9-13, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.


SON XƏBƏRLƏR

03 Noyabr 2025