• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Tısbağa Axillesə çata bilərmi? - Dos. İlham Əhməfov yazır 
YAZARLAR
15 Mart 2023 | 17:25

Tısbağa Axillesə çata bilərmi? - Dos. İlham Əhməfov yazır 

İlham Əhmədov

Azərvaycan ali təhsil müəssisələrinin "Universitetlərin qlobal reytinq cədvəlləri"ndə  ənənəvi olaraq aşağı yerlər tutmasına cəmiyyət olaraq artıq çoxdan adət etmişik. Vəziyyətlə barışmışıq da. Durumun dəyişdirilməsinin çox çətin (bəlkə də qeyri-mümkün)  olduğu qənaətinə də gəlmişik.  

Bu mövziya ilk dəfə 2008-ci ildə müraciət etmişdik. O vaxt bu mövzuda geniş araşdırma aparmış və ilk 10 min universitetin sırasında yerimizin olmadığını müəyyən etmişik. Təəssüf ki, son 15 ildə Təhsil Nazirliyi bu problemin həlli üçün real heç etməyib. Universitetlər isə öz daxili potensialı ilə bu geriliyi heç vaxt aradan qaldıra bilməzlər.

Dünən Milli Məclisdə  "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı da universitetlərin reytinqləri məsləsinə toxunulub və bildirilib ki, bizim geri qalmağımızın səbəbi zəifliyimiz deyil, digər universitetlərin sürətlə inkişaf etmələridir.

Həqiqətən də Avropa universitetləri kosmik sürətlə irəlilədikləri halda, bizim universitetlər sanki, piyada gedirlər. O universitetlərin 1 aylıq inkişafına biz 5-10 il vaxt sərf edirik. Səbəblər haqqında çox yazıb, çox danışmışıq. Amma aidiyyatı qurumların dəyirmanı öz işindədir yenə də. Molla aş görəndə Quran yaddan çıxdığı kimi, 4  qat böyümüş təhsil büdcəsi də universitetlərin  problemlərini də məmurların yaddaşından silib, deyəsən. 

İki fərqli sürətlə hərəkət edən universitetlərin inkişaf dinamikasının müqayisəsi  "Axilles və tısbağa" adlı məhşur paradoks yadıma salır. Bu paradoksa görə, əfsanəvi qəhrəman Axilles tısbağa ilə qaçış yarışına çıxmaq qərarına gəlir və qaçır, qaçır amma  tısbağaya çata bilmir.

Bizim universitetlərin inkişafı ilə əlaqəli müqayisə aparsaq, bu halda tısbağa Axillesin ardınca qaçır. Təbii ki, tısbağa çox yavaş gedir, Axilles isə qaçır və tısbağa heç vaxt Axillesə çata bilmir, bilməyəcək də. Onların arasında olan məsafə zaman keçdikcə sürətlə artacaq, bizim universitetlərlə Avropa universitetləri arasındakı məsafə kimi...

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

26 Aprel 2024