• Bakı 13° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Elşən Nəsibovun yeni kitabı işıq üzü gördü - FOTO

CƏMİYYƏT

03 Noyabr 2025 | 09:25

Elşən Nəsibovun yeni kitabı işıq üzü gördü - FOTO

Siyasətşünas alim, yazıçı-publisist, “ARDIC” Hərəkatının təsisçisi, Qərbi Azərbaycan İcmasının üzvü   Elşən Nəsibovun “Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında-türk-azərbaycandilli yazılarda”. Kənd həyatından bəhs edən yazılar-1929-1959-cu illərin əhatəsi. I kitab”  adlanan əsəri işıq üzü görüb.

Bu barədə Bakıvaxtı.az-a müəllif özü bildirib.

Onnu sözlərinə görə, əsər  arxiv materialları əsasında hazırlanıb. Belə ki, kitabda 1929-1959-cu illər aralığında Ermənistanda dərc edilən və mərkəzi orqanların nəşrləri olan “Zəngi”, “Qızıl Şəfəq”, “Qommunist” və “Sovet Ermənistanı” qəzetlərinin səhifələrində Arçut kəndi haqqında yazılan məqalələrin məcmusu, antologiyası  əks olunub:

“Kitab iki bölmədən ibarətdir. Birinci bölmədə toplanmış yazıların mətnləri təqdim edilir. İkinci bölmədə isə məqalələrin əsllərinin surətləri yer alır. Məqalələrdə kəndin XX əsrin birinci yarısını əhatə edən  zəngin tarixi əks olunub. Belə ki, təsərrüfat həyatı, elm və təhsili, mədəniyyəti, yaşayış məskəninin yerli və mərkəzi əhəmiyyəti  qəzet yazılarında ayrı-ayrı müəlliflərin imzaları ilə  təhlil olunub”. E.Nəsibov qeyd edib ki, yazılar tarixi faktları təqdim etməklə yanaşı, yaşayış sivilizasiyasının əsaslarını da təfərrüatı və təfsilatı  ilə əks etdirir. Qeyd olunan dövrdə dərc edilmiş yazılarda kənd sakinlərinin adları və fəaliyyət əsasları, məşğuliyyət istiqamətləri, yaradıcılıqları   öz əksini tapır. Topluda sakinlərin sosial inteqrasiyalarının əsas istiqamətləri yer alır. Kənd sakinlərinin siyasi sistemdə fəal iştiraklarının əsasları qeyd  olunur:

“Bu yazılar onu sübuta yetirir ki, Arçut və ətraf kəndlər, qəsəbələr tarixi türk-azərbaycan məskənləri olub”.

Məqalələr öyrənilərək, təhlillərin  nəticəsi  olaraq  tarixi  hadisələrin xronologiyası kitabda  tərtib olunub. 

Kitab Azərbaycan və bölgə tarixini öyrənənlər, Qərbi Azərbaycanın tarixini tədqiq edənlər və Arçut (Ardıc) sakinləri üçün faydalıdır. Eyni zamanda  mətbuat tarixini, habelə  o dövrdəki mətbuatın mahiyyətini, yazıların üslubunu və ruhunu  bilmək istəyənlər üçün də səmərəli  ola bilər.

Qeyd edək ki, kitabda yer alan məqalələrin bəzilərin Bakıvaxtı.az xəbər portalında dərc olunub.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR