• Bakı C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Şəmsi Səmədzadə Gürcüstanda saxlanıldı

CƏMİYYƏT

04 Fevral 2026 | 19:10

Şəmsi Səmədzadə Gürcüstanda saxlanıldı

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

Bakıvaxtı.az “Demokrat.az”a istinadən xəbər verir ki, o, Gürcüstan ərazisində tutulub.

Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq.

Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiqləyib.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.

Şəmsi Səmədzadə əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.


SON XƏBƏRLƏR