• Bakı C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Bir sıra yollarda sürət həddi endirildi

CƏMİYYƏT

04 Fevral 2026 | 23:27

Bir sıra yollarda sürət həddi endirildi

Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib.

Bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


SON XƏBƏRLƏR

04 Fevral 2026