• Bakı C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Azərbaycanın sülh strategiyası bütün dünyada təqdir edilir - "Haber Global" - VİDEO

SİYASƏT

04 Fevral 2026 | 22:27

Azərbaycanın sülh strategiyası bütün dünyada təqdir edilir - Haber Global - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə rəsmi görüşlərini davam etdirərək Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı süjetdə bəhs edilir.
Bildirilir ki, heyətlərarası görüşdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da iştrak ediblər.

Süjetdə xatırladılır ki, Azərbaycan və Ermənistan əvvəllər Ağ Evdə keçirilən tarixi zirvə görüşündə iki ölkə arasında sülh müqaviləsini paraflamışdılar.

"Cənubi Qafqazda sülh gündəliyini müəyyənləşdirən əsas aktor Azərbaycanın sülh strategiyası bütün dünyada təqdir edilir", - deyə süjetdə vurğulanır.

 

 


SON XƏBƏRLƏR

04 Fevral 2026