• Bakı 13° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Sabah işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

CƏMİYYƏT

03 Noyabr 2025 | 12:05

Sabah işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ


Sabah Naxçıvan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bakıvaxtı.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən 110/35/10 kV-luq "Naxçıvan" yarımstansiyasından çıxan 20 nömrəli 10 kV-luq elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar noyabrın 4-də saat 10:00-dan 14:00-dək şəhərin Səməd Vurğun, Şəhriyar və Xətai məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.


SON XƏBƏRLƏR