• Bakı C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Azərbaycana dolu yağacaq -  XƏBƏRDARLIQ
CƏMİYYƏT
10 Aprel 2026 | 00:11

Azərbaycana dolu yağacaq -  XƏBƏRDARLIQ

Aprelin 10-da ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı gözlənilir. Azərbaycanın bir sıra rayonlarında arabir yağış yağacağı, bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi, dağlıq və yüksək dağlıq zonalarda isə qarın müşahidə oluna biləcəyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında – Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında fasilələrlə yağış yağacağı, bəzi hissələrdə yağıntıların intensiv ola biləcəyi, şimşək və dolu ehtimalının mövcud olduğu, dağlıq ərazilərdə qar gözlənildiyi qeyd olunur.

Qarabağ və ətraf ərazilərdə – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, eləcə də Daşkəsən-Gədəbəy və Göygöl zonalarında yağış, şimşək və dolu müşahidə oluna bilər, yüksək dağlıq hissələrdə qar ehtimalı var.

Şərqi Zəngəzur bölgəsində – Kəlbəcər, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanın dağlıq ərazilərində arabir yağıntı, şimşək, dolu və qar gözlənilir.

Qazax-Gəncə-Tovuz istiqamətində – Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalan ərazilərində arabir yağış yağacaq, bəzi yerlərdə intensivləşmə, şimşək və dağlıq zonalarda qar müşahidə oluna bilər.

Şimal-Qərb və Şimal bölgələrində – Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, bəzi ərazilərdə intensiv yağış, şimşək və dolu ehtimalı, dağlıq ərazilərdə isə qar proqnozlaşdırılır.

Aran bölgəsinin bir hissəsində – Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada günün müəyyən saatlarında qısamüddətli yağış gözlənilir.

Cənub bölgəsində – Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara və Cəlilabadda gün ərzində qısamüddətli yağış yağacağı, şimşək və dolu ehtimalının olduğu bildirilir.

Murad İsmayıl


SON XƏBƏRLƏR

09 Aprel 2026