Almaniya hökuməti İran ilə danışıqları bərpa etmək istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts keçirdiyi brifinqdə məlumat verib.
Almaniyanın bu addımı ABŞ və Avropadakı tərəfdaşları ilə koordinasiya şəraitində etdiyini vurğulayan Kansler qeyd edib ki, məqsəd ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı qarşıdan gələn danışıqların uğurla nəticələnməsinə töhfə verməkdir.
Danışıqlar yolu ilə həll üçün müəyyən zaman pəncərəsinin açıldığını qeyd edən F.Merts buna baxmayaraq, vəziyyətin hələ də kövrək olaraq qaldığını, davamlı sülhə nail olmaq üçün çətin danışıqların gözləndiyini bildirib.
“Diplomatik uğur heç də təmin olunmayıb”, – deyən Kansler qeyd edib: “Təkcə son 24 saat göstərdi ki, regionda atəşkəs nə qədər kövrəkdir, Hörmüz boğazındakı vəziyyət nə qədər qeyri-müəyyəndir və tərəflərin mövqeləri hələ də nə qədər uzaqdır”.
Almaniya Kansleri İsrailin Livandakı hərbi əməliyyatlarını tənqid edərək, regiondakı ümumi vəziyyətin böyük narahatlıq doğurduğunu, Livanın cənubundakı vəziyyətin xüsusilə diqqət mərkəzində olduğunu vurğulayıb. O, İsrailin apardığı müharibənin sərtliyinin ümumilikdə sülh prosesinin iflasa uğramasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Kansler bu məqsədlə digər dövlət və hökumət başçıları ilə birlikdə İsrail hökumətinə hücumları dayandırmaq barədə çağırış etdiklərini bildirib.
Bakı 












