Möhtəşəm bir dəri və gözəl saçlar bütün qadınların xəyalıdır.
Dünya gözəllik müsabiqələrində öz gözəlliklərini dünyaya nümayiş etdirən qadınların gözəllik və qulluq sirlərini araşdırdıq.
Avstraliya
Kəpəkli və quru saç dərisindən xilas olmaq üçün Avstraliyalı qadınlar şampunlarına bir neçə damcı çay ağacı yağı əlavə edirlər.
Braziliya
Braziliyalı qadınlar sellülit problemindən xilas olmaq üçün dərilərini nəm qum ilə masaj edirlər.
Misir
Deyirlər ki, Kleopatra süd vannalarının sehrli təsirini kəşf edən ilk qadındır. Vanna qəbul edərkən 1-2 litr isti südə və 100 qram bal əlavə edin. 15-20 dəqiqə sonra dəriniz daha yumuşaq və elastik olacaqdır.
Kolumbiya
Avokado, Latın Amerika ölkələrində gözəllik üçün istifadə edilən ən məşhur aktiv inqrediyentlərdən biridir. Üz, saç və bədən maskalarında istifadə edilir. Saçınızı parlaq və yumuşaq etmək üçün, avokado və bananı əzin, 1 yemək qaşığı zeytun yağı əlavə edin, saçınıza çəkin və 30 dəqiqə saxlayın. Şampunla yaxşıca yuyun.
Çin
Qocalmamağın təbii yolu isə Çinli qadınlar tərəfindən kəşf edilib. Düyü suyu ilə mütəmadi olaraq dərinizi yusanız qırışıqların qarşısını ala bilərsiniz.
Yaponiya
Ağ dərini gözəllik olaraq qəbul edən Yapon qadınları özlərini həmişə günəşdən qoruyurlar. Günəş kremi və çətir istifadə edirlər.
Hindistan
Hind mədəniyyətində yer alan meditasiya və əsnəmə hərəkətlərindən istifadə edən Hindli qadınlar gözəlliklərini də bu üsullara borcludurlar.
Kosta-Rika
Üzdəki məsamələri sıxılaşdırmaq və dəri rəngini yeniləmək üçün mütəmadi olaraq portağal şirəsi ilə maska edirlər.
Bolqarıstan
Mütəmadi olaraq qızılgül yağı və gülab istifadə olunur. Qızılgül dərinin qocalmağına mane olur və təbii parlaqlıq qazandırır.
Fici
Dəri rəngini ağartmaq üçün portağal şirəsi və şəkər tozu ilə bir qarışım hazırlayıb mütəmadi olaraq dərilərinə pilinq tətbiq edilir.
Yunanıstan
Egey mədəniyyətində yer alan zeytun yağını istifadə edirlər. Qadınlar dəri və saça qulluq üçün saf zeytun yağı ilə mütəmadi baxımlar tətbiq edirlər.
Skandinaviya ölkələri
Skandinaviya qadınları üçün əsas məsələ soyuq havada dərilərinin qurumağının qarşısını almaqdır. Onlar mütəmadi olaraq mineral su ilə maska edirlər.
Meksika
Meksikalı qadınlar gözəlliklərini təbii qulluq yağları və rəqs ilə qoruyurlar.
Dr.Kəmalə Ələkbərova
Bakıvaxtı.az