• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Avropa Ermənistandakı yerini möhkəmlədir: PLAN NƏDİR?
SİYASƏT
14 Dekabr 2023 | 13:11

Avropa Ermənistandakı yerini möhkəmlədir: PLAN NƏDİR?

Dr.Kəmalə Ələkbərova

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Aİ-nin Ermənistandakı “mülki missiyası”ın üzvlərinin sayını 50 faiz - 138 nəfərdən 209 nəfərə qədər artırmaq qərarı veriblər.

Bakıvaxtı.az-ın məlumatına görə, Aİ xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell diqqətə çatdırıb ki, məqsəd Ermənistandakı mülki missiyanı gücləndirməkdir: "Bu, missiyanın sayının mühüm artımıdır və Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinin sabitliyini gücləndirmək üçün bir yoldur".

Politoloq Natiq Miri Bakivaxti.az-a deyib ki, Aİ-nin "xüsusi missiyası" Ermənistana qarşı olan ölkələr üçün çəkindirici mahiyyət kəsb edir.

Ekspertin sözlərinə görə, "xüsusi missiya" Azərbaycan-Ermənistan şərti sərhədlərində baş verəcək qarşıdurmaları qeydə alaraq beynəlxalq müstəviyə daşıyır. Onun sözlərinə görə, məhz "xüsusi missiya"nın hesabatları çərçivəsində hadisələrlə bağlı qərarlar qəbul olunur, yanaşma formalaşır.

N.Miri qeyd edib ki, "missiya"nın hədəfi Azərbaycan olsa da, başqa hədəflər də var: “Mühüm faktorlardan biri Rusiyadır. Avropanın ciddi şəkildə Ermənistanda yerləşməsinin əsas səbəbi Rusiyanı bölgədən sıxışdırmaqdır. Məqsəd bir tərəfdən Qərbin Ermənistanda mövqeyini möhkəmləndirmək və paralel olaraq Moskvanın mövqeyini zəiflətməkdir”.

Müsahibimiz hesab edir ki, "xüsusi missiya"nın say tərkibinin artırılması da onun imkanlarının genişləndirilməsinə hesablanıb. 138 nəfərin şərti sərhədlərdə prosesləri, hadisələri eyni anda müşahidə etməsi qeyri-mümkündür: “Bunun üçün sayın artırılmasına ehtiyac duyulur. Sadəcə Kremli qıcıqlandırmamaq, hərəkətə keçirməmək üçün "missiya"nın sayını tədricən, mərhələli şəkildə çoxaldırlar. Perspektivdə bu "missiya"nın silahlandırılmasını, hərbləşməsini də istisna etmirəm. Bu məsələ Rusiyanın gələcək davranışından asılı olacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR

01 Dekabr 2024