• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

İran ABŞ və İngiltərəyə sanksiyalar tətbiq edəcək
DÜNYA
02 May 2024 | 16:14

İran ABŞ və İngiltərəyə sanksiyalar tətbiq edəcək

İran ABŞ-nin 7 şəxs və 5 təşkilatına, Böyük Britaniyanın isə 8 şəxs və 5 təşkilatına sanksiya tətbiq edəcək.

Bakıvaxtı.az "İHA"ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, bu qərara səbəb ABŞ və İngiltərə şirkət və şəxslərinin İsrailin Qəzza zolağına hücumlarını və İsrailin terror hərəkətlərini dəstəkləməsidir. 

ABŞ-nin "Lockheed Martin", "General Dynamics", "SkyDaewoo", "Chevron" və ABŞ-da yerləşən "Kharon Intelligence Company" kimi şirkətləri sanksiya siyahısına daxil edilib.

Böyük Britaniyadan isə İngiltərə müdafiə naziri Qrant Şapps, İngiltərə Ordusunun Strateji Komandanı Ceyms Hakkenhall da daxil olmaqla, Aralıq dənizindəki Kral Hava Bazası, İngiltərənin Qırmızı dənizdə yerləşən "Diamond Battlefield", "Rafael Defence Company", "Elbit Systems" və "Parker Meggitt" şirkətləri sanksiyaya məruz qalacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

16 May 2024