İranda ümumilikdə 13 mindən çox, o cümlədən 4 min dinamik hədəf vurulub.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın Havadan Müdafiə sistemlərinin 80 faizi, 2000-dən çox komanda və logistika mərkəzi məhv edilib, 450-dən çox ballistik raket anbarı, 800 kamikadze dron anbarı vurulub.
“150 gəmi, eyni zamanda, SEPAH-ın kiçik hücum qayıqlarının yarısı dənizin dibindədir. İranın dəniz minalarına qarşı 700-dən çox hücum həyata keçirilib və onların 95%-i məhv edilib”, - Den Keyn vurğulayıb.
O əlavə edib ki, İranda “Şahed” dronları istehsal edən bütün müəssisələr vurulub.
Bakı 












