Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycandan Ermənistana yola düşəcək.
Bakıvaxtı.az xəbər verir ki, Koşerbayev aprelin 8-9-da Ermənistana rəsmi səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə, həmçinin Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev daxildir.
Aprelin 9-da Ermənistanın XİN başçısı Ararat Mirzoyan və Qazaxıstanın XİN başçısı Y.Koşerbayev danışıqlar aparacaqlar.
Qeyd edək ki, Y.Koşerbayev və N.Sauranbayev aprelin 7-də Gürcüstanda, 8-də isə Azərbaycanda danışıqlar aparıblar.
Bakı 












