• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Xəzərdə yenə zəlzələ oldu - YENİLƏNİB
CƏMİYYƏT
08 Aprel 2026 | 14:20

Xəzərdə yenə zəlzələ oldu - YENİLƏNİB

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

14:03

Xəzərdə üçüncü dəfə zəlzələ olub.

Bu barədə Bakıvaxtı.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

    Yeraltı təkan saat 13:21-də qeydə alınıb.

    3 maqnitudalı zəlzələ 21 km dərinlikdə olub.

    ***

    13:42

    Xəzər dənizində növbəti dəfə zəlzələ olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Bildirilib ki, zəlzələnin maqnitudası 3.2, dərinliyi 20 km olub.

    ***

    13:30

    Xəzərdə zəlzələ qeydə alınıb.

    Bu barədə Bakıvaxtı.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

      Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.

      Zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.

      ***

      13:17

      Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.

      Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

      Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsadə olub.

      Yeraltı təkanlar 35 km dərinlikdə qeydə alınıb.

      Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.


      SON XƏBƏRLƏR