• Bakı 11° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

CƏMİYYƏT

09 Aprel 2026 | 13:06

Cəlilabadda qadın qazpuluna görə anasının qulaqlarını cırdı

Cəlilabadda qadın kommunal borca görə anası ilə dalaşıb, ona xəsarət yetirib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin M. Hüseyn küçəsindəki fərdi evlərin birində qeydə alınıb.

37 yaşlı Nailə Xələfova (ad və soyad şərtidir - red.) ilə anası arasında qaz sərfiyyatı borcu üstündə mübahisə yaranıb. Mübahisə zamanı Nailə hər iki əli ilə yapışaraq anasının qulaqlarını cırıb.

Zərərçəkənin polisə müraciətindən sonra Nailə saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs bildirib ki, 13 ildir həyat yoldaşından ayrılıb və 2 azyaşlı övladı və anası ilə birgə Cəlilabad şəhərində kirayədə yaşayır.

Zərərçəkən ana ifadəsində qızı ilə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını deyərək övladına cəza verilməməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Nailə Xələfova aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.


SON XƏBƏRLƏR

08 Aprel 2026