Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən iki uşaq evə buraxılıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında iki nəfərin müalicəsi davam etdirilir.
Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Yoluxucu xəstəliklər şöbəsində müalicəsi davam etdirilən 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir.
Bakı 




