“Biz Rusiyanın arxasından və ya ona qarşı heç nə etmirik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Pashinyan hökumət iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə bildirib. O bu fikri Qazaxıstanın xarici işlər nazirinin Ermənistana səfəri zamanı dəmir yolunun konsessiya idarəçiliyinə verilməsi məsələsinin müzakirə olunub-olunmayacağı ilə bağlı suala cavab olaraq səsləndirib.
Baş nazir vurğulayıb ki, Qazaxıstan TRIPP layihəsinə marağını gizlətmir. Onun sözlərinə görə, Qazaxıstan bu layihəyə maraq göstərən yeganə ölkə deyil — bir çox dövlətlər bu təşəbbüslə maraqlanır.
Paşinyan qeyd edib ki, Ermənistan, o cümlədən Qazaxıstanla birlikdə, digər ölkələri də Ermənistan üzərindən tranzit marşrutlardan istifadə etməyə dəvət etməlidir ki, onlar ixrac-idxal əməliyyatlarını və nəqliyyat-logistika zəncirlərini bu istiqamətdə qura bilsinlər.
Bakı 




