Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda mərhum Könülün anası video paylaşım edib. O bildirib ki, nəvəsi 5 aydır sağalmır və Türkiyəyə müalicəyə göndərilib:
"Qızım Könül və nəvəm Ləman yanan binada yaşayırdılar. Könül rəhmətə getdi, Ləman isə tüstüdən ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirildi. 4 ay həkimlər əlindən gələni etdi. Amma nəvəm sağalmadı. Nəvəmi İstanbula müalicəyə apardıq. İki dəfə əməliyyat olundu, amma yenə də pisdir. Qidalanmır, yemək vermirlər, olmaz. Mənim üçün çox ağırdır. İstəmirik Ləmana da nəsə olsun".
K.Vəlibəylinin anası Ölkə başçısı və Birinci xanıma müraciət edərək, yardım istəyib.
Qeyd edək ki, ötən il Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb.
Bakı 




