• Bakı 11° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Hövsanda yolda 25 “dinozavr yuvası...” - Video

CƏMİYYƏT

09 Aprel 2026 | 10:41

Hövsanda yolda 25 “dinozavr yuvası...” - Video

DJ Tural Yusifov Hövsan qəsəbəsində rastlaşdığı problemlə bağlı video paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, yaşadığı qəsəbənin yollarında yaranmış çoxsaylı çalaları sayan T.Yusifov 1.5 kilometrlik yolda 25-ə yaxın çalanın yarandığını deyib.

Hövsan-MİDA yolundakı vəziyyətlə bağlı narahatlığını ifadə edən DJ həmin çalaları zarafatla “dinozavr yuvası” adlandırıb və dövlət qurumlarına ritorik sual ünvanlayıb: “Görəsən Bakıda yağışla birgə nə yağır ki, yollar bu vəziyyətə düşür?!”

Qeyd edək ki, bir neçə gün davam edən intensiv yağışlardan sonra Bakının əksər küçə və prospektlərinin asfalt örtüyündə problemlər yaranıb. Paytaxtın inzibati ərazisinə daxil olan qəsəbələrdə bu problemlər daha çoxdur. (Qafqazinfo.az)


SON XƏBƏRLƏR

08 Aprel 2026