"Gənc müğənniləri çox tərifləmək lazım deyil. Bu zaman onlar səhvlərə yol verə bilərlər".
Bakıvaxtı.az xəbər verir ki, bunu musiqi prodüseri Asif Kərimov deyib.
"İncə səhər" verilişində danışan prodüser müğənninin ətrafında olan insanlara məsləhət verib:
"Gənc müğənniləri çox tərifləmək lazım deyil. Bu zaman onlar səhvlərə yol verə bilərlər. Əgər siz onun yaxın adamınızsa, ətrafındasınızsa, onun səhvlərini deməlisiniz ki, onlar düzəlsin. Ancaq o zaman inkişaf etmək olar.
Mən bu günün özündə də çalışdığım müğənnilərdə gördüyüm səhvləri onlara ə deyirəm və biz onları düzəldirik ki, növbəti konsertimizdə eyni hallar olmasın"./Azxeber
Bakı 




