"Atəşgah Sığorta" ASC 2025-ci ili 1,7 milyon manat xalis mənfəətlə başa vurub.
Bakıvaxtı.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 2 dəfə azdır. Şirkətin xalis mənfəətinin azalmasına, əsasən, kapital ehtiyatlarınn azalması, bölüşdürülməmiş mənfəətinin isə artması təsir edib. Belə ki, dövr ərzində kapital ehtiyatları 19,9% azalaraq 6,6 milyon manata enib. Bölüşdürülməmiş mənfəəti isə 17,8% artaraq 5,66 milyon manata yüksəlib.
Hesabat dövründə şirkətin aktivləri də 19,8% azalaraq 65,8 milyon manata, öhdəlikləri isə 24,1% azalaraq 48,5 milyon manata enib.
Dövr ərzində "Atəşgah Sığorta"nın əməliyyat gəlirləri və əməliyyat xərcləri artıb. Belə ki, ötən il şirkətin gəlirləri 3,2% artaraq 71,9 milyon manata, xərcləri isə 6,6% artaraq 69,8 milyon manat təşkil edib. Həmçinin, şirkət dövr ərzində 421 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisədə 49,8% azdır.
Bundan əlavə, 2025-ci ildə ASC-nin balans kapitalı 17,3 milyon manat təşkil edib.
Bakı 




