Qırğızıstanın Ermənistandakı yeni səfiri Kubaniçbek Bokontayev etimadnaməsini Prezident Vaaqn Xaçaturyana təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə tərəflər iqtisadi əməkdaşlığın inkişafının vacibliyini vurğulayaraq, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın təşviq edilməsinin vacibliyini bildiriblər.
Xüsusilə, informasiya və yüksək texnologiyalar, infrastrukturun inkişafı, eləcə də işgüzar dairələr arasında birbaşa əlaqələrin formalaşdırılması və genişləndirilməsi sahələrində əməkdaşlıq imkanlarına toxunulub.
Tərəflər ikitərəfli münasibətlərin dərinləşdirilməsi üçün vacib şərt kimi yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin fəallaşdırılmasının vacibliyini vurğulayıblar. Qarşılıqlı maraq doğuran məsələlər üzrə əlaqələndirilmiş mövqelərin formalaşdırılması və dəstəyin təmin edilməsi məqsədilə müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlığın zəruriliyi də qeyd edilib.
Bakı 




