• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

"Olimpik Marsel"in baş məşqçisinin evi qarət edildi

İDMAN

08 Aprel 2026 | 18:17

Olimpik Marselin baş məşqçisinin evi qarət edildi

"Olimpik Marsel"in baş məşqçisi Habib Beyin evi qarət olunub.

Bakıvaxtı.az "La Depeche" nəşrinə istinadən xəbər verir ki, hadisə bu gecə qeydə alınıb.

Oğrular hasardan keçərək mütəxəssisin yaşadığı villanın pəncərəsini sındırıblar. Qarətçilər evdən içərisində "Louis Vuitton" brendinə məxsus geyim və aksesuarlar olan çamadanı oğurlayıblar. Hadisə zamanı baş məşqçi evdə olmayıb.

Bey 2026-cı ilin fevralından indiki postundadır. 28 tura 49 xal toplayan "Olimpik Marsel" hazırda Liqa 1-in turnir cədvəlində 4-cü yerdədir. 


SON XƏBƏRLƏR