• Bakı C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Estoniyanın XİN rəhbəri sabah Ermənistana səfər edəcək

DÜNYA

08 Aprel 2026 | 20:13

Estoniyanın XİN rəhbəri sabah Ermənistana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna aprelin 9-da Ermənistana ikigünlük səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyininin (XİN) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"Nazir Marqus Tsaxkna İrəvanda səfirliyimizin açılışında iştirak edəcək, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək", - bəyanatda bildirilib.

Qeyd olunub ki, danışıqlar zamanı regional təhlükəsizlik, Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdəki hadisələr, Avropa İttifaqı (Aİ) və Ermənistanın tərəfdaşlığı, viza məsələsi və iki ölkə arasında ticarətin artırılması müzakirə ediləcək, həmçinin əməkdaşlıq haqqında memorandum imzalanacaq.

"Estoniya Ermənistan və Azərbaycanın sülh səylərini və Aİ ilə əlaqələrin möhkəmləndirilməsini, eləcə də rəqəmsal, kibernetik və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləyir", - XİN-dən bildirilib.

 


SON XƏBƏRLƏR